"İki itim var, onları gəzdirirəm. İspaniyada buna icazə verilib. Bir də evdən ərzaq almaq lazım olanda çıxıram”.
Fanat.Az xəbər verir ki, bunu azerisport.com-a açıqlamasında millimizin 29 yaşlı üzvü Eddi İsrafilov deyib.
Sequnda təmsilçisində - "Albasete”də top qovan yarımmüdafiəçi koronavirus pandemiyasının tüğyan etdiyi ölkədəki durumdan danışıb: "Dünən dövlət fövqəladə vəziyyətin müddətinin artırıldığını açıqladı. Neçə gündü evdə otururuq. Seriallara baxıram, formadan düşməmək üçün fərdi məşqləri də unutmuram. Dövlət evdə qalmağın vacib olduğunu hər gün xatırladır”.
Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların ümumi sayı 26 minə yaxındı. Bu günə qədər sözügedən ölkədə qlobal infeksiya üzündən 1800-dən çox insan ölüb.
Fanat.Az