Bu ilin yanvarında "Zalsburq"dan transfer olunan Erlind Holand "Borussiya"nı tərk edə bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 19 yaşlı hücumçu Madrid klubunun prioritet transfer hədəfinə çevrilib. Ünlü nəşr İspaniya nəhənginin ardıcıl qol vurmağı bacaran bir oyunçu almaq istədiyini və Erlinqin ən ideal namizəd sayıldığını qabardıb.
Mənbə norveçli oyunçunun qiymətinin 75 milyon avro olduğunu, ancaq koronavirus pandemiyası ilə əlaqədar Avropa futbolunda yaranan fasilədən sonra skandinaviyalının transfer dəyərinin ucuzlaşacağını vurğulayıb.
Qeyd edək ki, Holand Bundesliqada çıxdığı 8 matçda 9 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az