"Olimpiakos"un sahibi və prezidenti Evangelos Marinakis koronavirusu yenib.
Fanat.Az xəbər verir ki, informasiyanı Yunanıstan klubunun rəsmi saytı yayıb.
Marinakis koronavirus testinin müsbət nəticə verdiyini martın 10-da öz "İnstaqram” hesabında açıqlamışdı. Bu gün isə futbol funksioneri xəstəliyə qalib gəldiyini və tam sağaldığını bildirib. Klub rəhbəri müalicə aldığı müddətdə ona dəstək olanlara təşəkkürünü çatdırıb.
Sözügedən şəxs İngiltərənin "Nottingem Forest” klubunun da sahibidi.
Fanat.Az