"Bavariya” 33 yaşlı qapıçısı Manuel Noyerlə yeni müqavilə üçün razılığa gələ bilmir.
Fanat.Az Almaniyanın "Bild” nəşrinə istinadən xəbər verir ki, qolkiperin agentinin dilə gətirdiyi şərtlər klubun təxmin etdiyindən çox fərqlidi .
Daha öncə Almaniya mətbuatı sözügedən əlcək sahibinin klubun fəxri prezidenti Frans Bekkenbauerlə arasının dəydiyini və bu məqamın yeni "izdivac"ı çətinləşdirdiyini yazmışdı.
İspaniya mətbuatında isə "Bavariya”nın Noyeri "Barselona”da çıxış edən Ter Ştegenlə əvəzləyəcəyi haqda xəbərlər yayılıb.
Qeyd edək ki, 2011-ci ildən "Bavariya”nın uğurları üçün çalışan Noyerin klubla olan hazırkı müqaviləsinin müddəti gələn ilin yayında bitir.
Fanat.Az