"Barselona” Felipe Koutinyunu yenidən "Bavariya”ya icarəyə verəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca” yayıb.
İspan həmkarlarımız Münhen klubunun mövsümün sonunda icarə müqaviləsinin müddəti bitəcək braziliyalı yarımmüdafiəçini birdəfəlik almağı planlaşdırmadığını vurğulayıb.
Xəbərdə indilik Koutinyu üçün "Barslelona”ya təklif göndərən başqa klub olmadığı qabardılıb və Kataloniya təmsilçisinin onu yenidən icarəyə göndərəcəyi bildirilib.
Qeyd edək ki, ötən yay "Bavariya"ya keçən Koutinyu bu mövsüm çıxdığı 19 Bundesliqa matçında 6 qola imza atıb.
Fanat.Az