İspaniya Kral Futbol Federasiyası La Liqa klublarına yardım təklif edib.
Fanat.Az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasına görə çempionatın dayandırılması olub. Federasiya ciddi pul itkisi ilə üzləşən klublara 500 milyon avro yardım təklif edib.
RFEF-in prezidenti Luis Rubiales bildirib ki, La Liqa rəhbərliyinin istəyi əsasında bu məsələni müzakirə edəcəklər: "Biz 500 milyon avro kredit xətti üzərində işləyirik".
Fanat.Az