"Real” mövsümün sonunda bir neçə futbolçu ilə yolları ayırmağa hazırlaşır.
Fanat.Az "Mundo Deportivo”ya istinadən məlumat verir ki, koronavirus səbəbindən La Liqanın dayanması klublara böyük maddi ziyan vurub. Bu üzdən Madrid təmsilçisi heyəti gücləndirmək üçün bəzi futbolçularla əməkdaşlığa son qoyacaq. Paytaxt təmsilçisinin çalışdırıcısı Zinəddin Zidan durumu klub prezidenti Florentino Pereslə görüşdə müzakirə edib.
Fransalı çalışdırıcı Mariano Dias, Luka Yoviç, Naço Fernandes, Xames Rodriges və Qaret Beyl kimi futbolçulara gələn təkliflərin dəyərləndiriləcəyini bildirib. Klub bu futbolçularla vidalaşa bilməsə, yayda heyətə qatmaq istədiyi ulduzlardan əl çəkməli olacaq.
"Real" yayda Fransa millisinin 2 ulduz üzvünü - Kilian Mbappe və Pol Poqbanı rənglərinə bağlamağı hədəfləyib.
Fanat.Az