Türkiyə millisinin və "Yuventus”un 22 yaşlı müdafiəçisi Merih Demiral koronavirus pandemiyasına qarşı mübarizə kampaniyasına qoşulub.
Fanat.Az xəbər verir ki, bunu futbolçu "Tvitter” səhifəsində özü yazıb.
Merih evdən hər gün çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.
Futbolçu ailələrin Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən seçiləcəyini vurğulayıb.
Fanat.Az