"Çelsi”nin 32 yaşlı futbolçusu Pedro Rodriges yayda iş yerini dəyişəcək.
Fanat.Az xəbər verir ki, 2015-ci ildən "Çelsi”də olan hücumçu İspaniya mətbuatına açıqlamasında deyib:
"Mövsümün sonunda "Çelsi”dən ayrılacam. İyunda müqaviləmin müddəti bitir. Təəəssüf ki, dünyanın böyük problemi var. Buna görə də normal həyata qayıda bilmirik. Yenidən nə vaxt məşq edəcəyimizi də bilmirəm.”.
Koronavirus pandemiyasına görə İngiltərədə futbol yarışları təxirə salınıb.
Fanat.Az