"Qalatasaray" camiəsinin daha bir üzvünün koronavirusa yoluxduğu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, klub prezidentinin köməkçisi Yusuf Günay Tvitter hesabında pandemiyadan qaça bilmədiyini yazıb:
"Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdı, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkür edirəm".
Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də qlobal infeksiyaya yoluxub.
Fanat.Az