İcarə əsasında "Trabzonspor”da çıxış edən Aleksander Şörlot karyerasını "Real"da davam etdirə bilər.
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, 24 yaşlı forvard "Kral Klubu"nun maraq dairəsinədi. "Trabzonspor”da özünü yaxşı tərəfdən göstərən norveçli hücumçu ilə artıq danışıqlara başlayıb. Futbolçu özü də Madrid klubunda oynamağa razıdı.
Qeyd edək ki, Şörlotun transfer hüququ "Kristal Pelas”a məxsusdu. O, bu mövsüm "Trabzonspor"da keçirdiyi 39 oyunda 25 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az