Koronavirus pandemiyası üzündən yaranan böhran "Barselona"ya ciddi zərbə vuracaq.
Fanat.Az "El Pais"ə istinadən xəbər verir ki, mövcud iqtisadi çöküş Kataloniya təmsilçisi üçün 140 milyon avro pul itkisi ilə sonuclanacaq.
"Barselona"nın əsas problemləri klubun hüququ forması ilə bağlıdı. Kataloniya təmsilçisi ingilis və italyan klublarından fərqli olaraq, qeyri-kommersiya təşkilatıdı.
Fanat.Az