Moskvadakı futbol meydançalarından birində futbol oynayan 10 yaşlı uşaq güllələnib.
Fanat.Az "Mash" teleqram-kanalına istinadən xəbər verir ki, məktəbli oğlana Daşkənd küçəsində futbol oynayarkən travmatik silahdan atəş açılıb. Şahidlər təcili yardım çağırıb. Sinəsindən yara alan uşağı xəstəxanaya çatdırmaq mümkün olub. Polis faktla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, hazırda Rusiya məktəblərində yaz tətilidi. Tətil müddəti koronavirus səbəbindən 23 martdan aprelin 12-dək uzadılıb.
Fanat.Az