"Məndən gələcək karyeram haqda tez-tez soruşurlar. Bu, konkret cavab verə bilməyəcəyim suallardandı”.
Fanat.Az xəbər verir ki, bunu "Tottenhem”in forvardı Harri Keyn deyib.
İngilis hücumçu şəxsi "İnstagram" hesabında London klubundan ayrılacağı haqda xəbərlərə münasibət bildirib. Komandanın ən sərrast futbolçusu "Tottenhem”dən ayrıla biləcəyini istisna etməyib: "Klubu sevirəm. Amma idddialı futbolçuyam. Bir komanda olaraq irəliləmədiyimizi və ya doğru istiqamətdə irəliləmədiyimizi hiss etsəm, ayrılacam".
Qeyd edək ki, "Tottenhem”in yetirməsi olan Keyn 2009-cu ildən əsas komandada çıxış edir. Onun London klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilin iyununda bitir.
Fanat.Az