Fransada mövsüm iyun ayında tamamlansa, PSJ böyük maliyyə itkisi ilə üzləşəcək.
Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, PSJ 215 milyon avro itirə bilər. Hazırda mövsümün 30 iyuna kimi bitəcəyinə dair ehtimallar daha yüksəkdi.
Klub teleyayım hüquqlarına görə itkilərə məruz qalacaq. Həmçinin Çempionlar Liqasından əldə olunacaq gəlirlər də azalacaq. Mövsüm yarımçıq qalsa və ya Parisdə keçirilməli olan 5 qarşılaşma boş tribunalar önündə oynanılsa, klubun oyun günləri üçün nəzərdə tutulmuş gəlirlərində 30 milyon avro azalma olacağı gözlənilir.
Martın 15-nə planlaşdırılan "Nis" matçı PSJ-yə 5-6 milyon avro gəlir gətirməli idi. 2018-19 mövsümündə klubun VIP tribunaların satışından əldə etdiyi gəlir 105 milyon avro təşkil edib. İlkin hesablamalara görə, bu maliyyə ilində Paris təmsilçisi sözügedən məbləğin ən azı 30%-dən məhrum olacaq.
Qeyd edək ki, Liqa 1 koronavirus pandemiyasının ölkədə yayılması səbəbindən dayandırılıb.
Fanat.Az