"Barselona”nın prezidenti Jozep Bartomeu koronavirusa görə futbolçuların maaşının azaldılmasından danışıb.
Fanat.Az Diario Sport-a istinadən xəbər verir ki, klub başqanı İspaniya mətbuatına müsahibəsində təklifi Lionel Messinin irəli sürdüyünü söyləyib:
"Messi maaşların azaldılmalı olduğunu müzakirələrin başladığı ilk günlərdən deyirdi. Lionelin öz təklifi də belə idi. Bu, onun kluba olan sadəqətini təsdiqləyən jestdi. Ola bilər ki, klubun içində olmayan insanların bu məsələ ilə bağlı dedikləri bəzi futbolçuların xoşuna gəlməyib. Amma danışıqları mən və icraçı direktorumuz Oskar Qrau aparıb”.
Fanat.Az