"İnter"in hücumçusu Lautaro Martines "Barselona" və "Real"ın maraq dairəsindədi.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçunun meneceri Beto Yake "Radio La Plata"ya açıqlamasında oyunçusunun transfer iddialarına reaksiyasından danışıb:
"Barselona" və "Real"ın Lautaronu transfer etmək istəməsi ilə bağlı yayılan söhbətlər ona təsir etmir. Başqa oyunçular bənzər situasiyada yatmazdılar. O, heç vaxt məndən xəbərlərin doğru-olmadığını soruşmayıb. Lautaro bütün diqqətini işinə yönəldib.
Bir çox insanla söhbətimiz olub. Amma mənə zəng edənlər klub rəhbərləri deyil. Ona görə də ciddi və rəsmi bir şeyin olduğunu deyə bilmərik.
Transfer bazarının ən çox arzulanan futbolçularından biri olmaq Lautaronun xəyalıdı. Bununla belə, onda xüsusi bir dəyişiklik yoxdu. Yeganə istəyi oynamaq və qol vurmaqdı.
Daim özünü inkişaf etdirməsi nəticəsində dünyanın ən yaxşı komandaları onunla yaxından maraqlanmağa başlayıblar. Ümid edirəm ki, onun əziyyəti nəticəsiz qalmayacaq".
Fanat.Az