"Atalanta"nın yarımmüdafiəçisi Ruslan Malinovski koronavirus pandemiyası ilə əlaqədar İtaliyada yaranan vəziyyətdən danışıb.
Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu koronavirusun zarafat olmadığını bildirib:
"İtaliyada iki tibb bacısı intihar edib. Bu qədər ölümün şahidi olmaq çətindi. İnternetdə İtaliya haqqında yazılanların hamısı doğrudu. Ona görə də evinizdə qalın. Koronavirusu zarafata salanlar axmaqdılar".
Son statistikaya görə, İtaliyada koronavirusa yoluxanların sayı 100 mini keçib. Ölkədə 11 mindən çox insan COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az