Samuel Umtiti yayda "Barselona"dan ayrıla bilər.
Fanat.Az "La Gazzetta dello Sport"un jurnalisti Nikolo Skiraya istinadən xəbər verir ki, "Barselona" Umtiti ilə yolları ayırmağa hazırdı. Katalon klubu fransız futbolçu qarşılığında 50 milyon avro tələb edir.
"Çelsi"nin Umtiti ilə yaxından maraqlandığı bildirilir. "Zadəganlar"ın yaxın günlərdə əlavə detalları müzakirə etmək üçün müdafiəçinin meneceri ilə əlaqə yaradacağı gözlənilir.
Ötən yay digər London klubu "Arsenal" Umtitini heyətinə qatmaq istəsə də, keçid baş tutmamışdı.
26 yaşlı oyunçu cari mövsümdə La Liqada 11 matçda meydana çıxıb.
Fanat.Az