"Tottenhem"in vingeri Son Hın Min Cənubi Koreyada hərbi təlim düşərgəsinə yollana bilər.
Son millinin heyətində 2018-ci il Asiya Oyunlarının qalibi olduğu üçün 21 aylıq hərbi xidmətdən azad edilmişdi. Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, bununla belə, koreyalı futbolçu 1 aylıq məcburi hərbi xidmətə yollanmalıdı.
Son hazırda 4 həftə davam edəcək xidmətini yerinə yetirmək üçün ölkəsinə qayıtmağı planlaşdırır. 27 yaşlı oyunçu bu səbəbdən İngiltərə Premyer Liqasındakı fasilənin 30 apreldən çox davam edib-etməyəcəyini dəqiqləşdirməyə çalışır.
Fanat.Az