"Mançester Yunayted"in sabiq müdafiəçisi, futbol mütəxəssisi Qari Nevill "qırmızı şeytanlar"dan başqa oynamaq istədiyi klubları sadalayıb.
Fanat.Az xəbər verir ki, Nevill bu mənada "Arsenal", "Yuventus" və "Bavariya"nı fərqləndirib:
"30 yaşım olanda Ser Aleks Ferqyuson mənə "Yunayted"dəki zamanımın dolduğunu desəydi, başqa kluba keçməzdim. Yox, bu sözləri mənə 28 yaşımda desəydi, təbii ki, digər Premyer Liqa klublarından birində oynayardım.
Üç variantı istisna edə bilərik. Mən heç vaxt "Mançester Siti", "Liverpul" və "Lids"də oynamaram. Heç vaxt! Bunu edən oyunçulara qarşı münasibətim normaldı, sadəcə, mən bacarmazdım.
Ənənələri olan, əsl klublara üstünlük verərdim. Məsələn, ilk seçimim "Arsenal" olardı. Həmçinin Premyer Liqada "Aston Villa" və "Nyukasl" da xoşuma gəlir. Avropada isə "Yuventus" və "Bavariya"ya heyran idim. Futbol klubu kimi onlara hörmətlə yanaşırdım. "Bavariya" hər detala fikir verən klub idi. Ona görə də beynəlxalq səviyyədə "münhenlilər"i seçərdim".
Fanat.Az