Böyük ehtimalla "Tottenhem"in hücumçusu Harri Keynin yay "transfer pəncərəsi"ndə "Mançester Yunayted"ə keçidi baş tutmayacaq.
Fanat.Az "Manchester Evening News"-a istinadən xəbər verir ki, Keynin müqavilə müddətinin uzun olması səbəbindən "mankunyanlar"ın onu heyətə qatmaq şansı, demək olar ki, yoxdu. İngilis futbolçunun "Tottenhem"lə sözləşməsi 2024-cü ilin yayında başa çatır.
London klubu Qaret Beyli "Real"a satdıqdan sonra strategiyasını dəyişib. Mənbənin iddiasına görə, "Spörs" artıq ulduz futbolçularını komandada saxlamaq niyyətindədi.
"Mançester Yunayted"in Keynin transferindən imtina etdiyi və diqqətini Ceydo Sanço (Dortmund "Borussiya"sı), Cek Qriliş ("Aston Villa") kimi oyunçulara yönəltdiyi bildirilir.
Fanat.Az