"Yuventus”un hücumçusu Paulo Dibala və sevgilisi Oriana Sabatininin koronavirusla mübarizəsi bitməyib.
Fanat.Az xəbər verir ki, cütlüyün bir neçə gün öncəki testlərinin cavabı mənfi çıxsa da, növbəti test yenə müsbət olub. Nəticədə argentinalı ulduz və sevgilisi yenidən evdə karantinə alınıb.
Oriana düşdükləri durumla bağlı İtaliya mətbuatına açıqlama verib:
"İlk dəfə martın 21-də Paulo ilə birgə verdiyimiz koronavirus testlərinin nəticəsi müsbət olmuşdu. Üç gün əvvəl testdən keçəndə cavablar mənfi oldu. Amma üçüncü testin nəticələri yenə müsbətdi. Məndə hələ də virusun əlamətləri var. Testlərin niyə belə fərqli nəticə verdiyini anlamıram”.
Fanat.Az