Bəlkə də Alana Mamayevanın cəlbedici olduğunu da düşünənlər də var... Şübhəsiz, zövqlər müxtəlifdi.
Ancaq tanınmış rus futbolçu Pavel Mamayevin yaşadıqlarını heç bir kişi özünə arzulamaz. Alananı gecə həyatına meyilli Pavel belə desək, klubların birindən tapıb.
Moskvadakı məlum dava-dalaşa görə salındığı həbsxanadan ötən ilin payızında çıxan Paşa dəmir barmaqlıqlar arasında olanda belə, "sürüşkən” xanımını izlətdirdiyini özü etiraf etmişdi.
Hərçənd Mamayevin söylədiyi Rusiyada sözügedən cütlük adına qeyri-adi xəbər sayılmamışdı. Buna qədər yarımmüdafiəçi yaxın ətrafına qadınının sədaqətsizliyindən təngə gəldiyini açıqlamış, bir müddət sonra xəbər mətbuatda da tirajlanmışdı.
Rusiya mediasının axmaq, düşük və şöhrətpərəst biri qismində təqdim etdiyi Alana 30 min dollara aldığı tutuquşunu Krasnodarda qaçırmış, sonra bir qrup könüllü ilə 24 saat axtarmışdı...
Dəfələrlə sərxoş halda görüntülənən qadın necə deyərlər, ağzının danışığını da bilmir. Onun verdiyi müsahibələrin əksəriyyətindən sonra Pavelin problemləri olur. Gah "yuxarılar”la, gah media ilə, gah da müxtəlif məşhurlarla...
Fanat.Az