Fransanın "Reyms” klubunun 60 yaşlı həkimi Bernard Qonzales intihar edib.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, həkim koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün özünü öldürüb.
Sözügedən şəxs intihardan öncə məktub yazsa da, son namənin məzmunu ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, Qonzales həyat yoldaşı ilə birgə evində karantinə alınmışdı. O, 20 il idi ki, "Reyms"in həkimi idi.
Fanat.Az