"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter" növbəti "transfer pəncərəsi"ndə Obameyanqı heyətinə qatmağa cəhd edəcək. Baş məşqçi Antonio Kontenin rəhbərlikdən qabonlu futbolçunun transferini istədiyi bildirilir.
"Barselona" və "Mançester Yunayted" də Obameyanqın xidmətində maraqlıdı. Daha əvvəl 30 yaşlı oyunçunun katalon klubunda oynamaq istədiyinə dair xəbərlər yayılmışdı.
Forvardın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Cari mövsümdə Premyer Liqada 26 matçda meydana çıxan Obameyanqın aktivində 17 qol, 1 məhsuldar ötürmə var.
Fanat.Az