Bolqarıstan millisinin sabiq forvardı Dimitar Berbatov "Bayer 04”dəki komanda yoldaşından danışıb.
Fanat.Az Goal-a istinadən xəbər verir ki, karyerasını 2018-ci ildə bitirən ulduz hücumçu Almaniya klubunun hücum xəttində çiyin-çiyinə oynadığı Fransanı ən yaxşı tərəfdaş saydığını söyləyib:
"Runi – Kin tandemi kimi biz də bir-birimizi yaxşı tamamlayırdıq. Qarşılıqlı hörmət fonunda və anlayış fonunda rəqiblərimizi gərginlikdə saxlayır, Fransayla çoxlu qollar vururduq. "Bavarıya”nı 4:1 hesabıyla məhv etdiyimiz oyunu hələ də xatırlayıram. O görüşdə hərəyə iki top vurmuşduq.
Bildiyiniz kimi, Fransa braziliyalı idi. Nə almanca bilirdi, nə də ingiliscə. Meydandan kənarda sözün əsl mənasında heç nə danışmırdıq. Amma oyun başlayanda bizi izləyənlər bir yerdə yatdığımızı düşünürdü. Bu oğlanla oynamaq çox xoşuma gəlirdi. Sadəcə, inanılmaz idi”.
Fanat.Az