"İnter"in eks-prezidenti Massimo Moratti klubun "Barselona”nın kapitanı Lionel Messini almağı planlaşdırdığını bildirib.
Fanat.Az xəbər verir ki, Milan təmsilçisinin sabiq rəhbəri "Radio Rai”ya açıqlamasında Milan təmsilçisinin bu transferdə israrlı olduğunu deyib:
"Bunun yasaqlanmış arzu olduğunu düşünmürəm. Messinin "Barselona" ilə olan müqaviləsinin müddəti bitmək üzrədi. "İnter" bu transferi reallaşdırmaq arzusundadı. Bu yöndə çalışdıqlarını bilirəm. Koronavirusun bu məsələyə təsir edib-etməyəcəyini söyləmək çətindi, amma əminəm ki, ilin sonunda qəribə şeylər görəcəyik”.
Qeyd edək ki, Messinin "Barselona" ilə sözləşməsinin müddəti 2021-ci ilin iyununda başa çatacaq.
Fanat.Az