"Bavariya"nın müdafiəçisi Jerom Boatenq karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Boatenqin transferində maraqlıdı. 32 yaşlı futbolçunun müqaviləsinin bitməsinə bir il qalıb. O, bir neçə gün əvvəl karantin qaydalarını pozduğuna görə "Bavariya" tərəfindən cəzalandırılmışdı. Qərardan narazı qalan Boatenq Münhen klubunu erkən tərk etmək fikrinə düşüb.
Almaniya millisinin üzvü "Bavariya"nın heyətində 7 dəfə Bundesliqanın qalibi olub.
Fanat.Az