"Sevilya" koronavirus pandemiyası səbəbindən yaranan böhran vəziyyəti ilə əlaqədar olaraq futbolçuların və digər əməkdaşların maaşlarını azaldacaq.
Fanat.Az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, qərar idman şöbəsinin 254 işçisi və qeyri-futbol sahəsində çalışan 106 nəfərə şamil ediləcək. Yalnız distant formada işləyən əməkdaşlar məvaciblərini tam almağa davam edəcəklər.
Kişi və qadın komandalarının oyunçuları, məşqçiləri və digər heyət üzvlərinin maaşların 70% azaldılacaq.
"Sevilya"nın idarə heyətinin üzvləri və digər rəsmilər də könüllü şəkildə əmək haqlarının azaldılmasına razılıq veriblər.
Fanat.Az