"Tottenhem"in hücumçusu Harri Keyn karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Real" Keynin xidmətində maraqlıdı. Madrid klubunun əsas transfer hədəfi Dortmund "Borussiya"sının forvardı Erlinq Holanndı. Bununla belə, rəhbərlik Keyn variantını istisna etmir.
İngilis futbolçu daha əvvəl mövsümün sonunda "Tottenhem"dən ayrıla biləcəyini qeyd etmişdi.
Keyn "Spörs"ün yetirməsidi. O, 2009-cu ildən əsas komandada çıxış edir. 26 yaşlı oyunçunun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Cari mövsümdə 25 matçda meydana çıxan Keynin aktivində 17 qol, 2 məhsuldar ötürmə var.
Fanat.Az