Fransa Peşəkar Futbol Liqası Liqa 1-də cari mövsümün bitmə və yeni mövsümün başlama tarixlərini açıqlayıb.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, qərarə əsasən, 2019-20 mövsümü 25 iyulda başa çatmalı, növbəti mövsüm isə 23 avqustda start götürməlidi.
Digər önəmli idman turnirləri kimi, Fransa Liqa 1 də koronavirus pandemiyası səbəbindən dayandırılıb. 28 turdan sonra aktivində 68 xal olan PSJ turnir cədvəlinə başçılıq edir. Paris klubundan 12 xal geri qalan "Marsel" ikincidi.
Son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 125 minə çatıb. Ölkədə 13 mindən artıq insan COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az