"Atletiko"nun yarımmüdafiəçisi Markos Lyorente Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Liverpul"la oynanılan cavab matçında (3:2) dubl edərək komandasının uğurunda əsas pay sahibi olmuşdu.
Fanat.Az "Atletiko"nun tvitter hesabına istinadən xəbər verir ki, Lyorente "Liverpul"la oyunda geydiyi futbolkasını hərraca çıxarmaq qərarına gəlib. Əldə olunan vəsait koronavirus pandemiyası ilə mübarizə üçün istifadə ediləcək.
Son məlumatlara görə, İspaniyada COVID-19-a yoluxanların sayı 160 mini keçib. Ölkədə 16 mindən çox insan koronavirusdan dünyasını dəyişib.
Fanat.Az