Koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A Seriyasının mümkün bərpa tarixi müəyyənləşib.
Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, komandalar 4 mayda məşqlərə başlasalar, çempionatın bərpası 31 maya təsadüf edəcək. Bu variant 21 apreldə klub nümayəndələrinin iştirakı ilə keçiriləcək videokonfransda müzakirə olunacaq.
Planlaşdırıldığı kimi, mövsüm 31 mayda yenidən start götürsə və komandalar hər üç gündən bir oyun keçirsələr, o zaman çempionat iyul ayının sonunda və ya ən pis halda 3 avqustda başa çatacaq.
Koronavirusun daha çox yayıldığı bölgələri təmsil edən "Milan", "İnter", "Atalanta" və "Breşiya"nın məşqlərini və oyunlarını neytral meydanlarda keçirməsi ehtimal daxilindədi.
Fanat.Az