"Real" Hames Rodriqes və Qaret Beyllə yolları ayırmağa hazırdı.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, Hames özü də "Real"ı tərk etmək istəyir. Kolumbiyalı futbolçu təklifləri dəyərləndirməyə hazırdı. Onun meneceri Jorje Mendeş artıq bir neçə klubla danışıqlara başlayıb. Onların sırasında "Mançester Yunayted" və "Yuventus" da var.
Beyl isə "kral klubu"ndan ayrılmaq niyyətində deyil. Uelsli futbolçu və ailəsi Madriddə özlərini rahat hiss edirlər.
Bir müddət əvvəl "Real"ın maaş xərclərini 75 milyon avro azaltmaq üçün Beyl və Hamesin də aralarında olduğu bir neçə oyunçunu satmağı planlaşdırdığına dair xəbərlər yayılmışdı.
Fanat.Az