Sabiq dünya çempionu Markos Maydana 5 çəki dərəcəsində eks dünya çempionu Floyd Meyvezerin döyüş zamanı rinqdə dişini qırdığını və ondan suvenir düzəltdiyini bildirib.
Fanat.Az xəbər verir ki, o faktı təsdiqləmək üçün suvenirin fotosunu "Instagram” hesabında paylaşıb.
Maraqlıdı ki, Meyvezer "BoxingScene” qaynağına bunun baş vermədiyini deyib:
"Maydananın zərbəsi məni üçüncü raunda, qonq siqnalı ilə eyni vaxtda tutdu. Doğrudan da, yaxşı zərbə idi. Markos möhkəm oğlandı. Amma endirdiyi həmin əla zərbə dişimi çıxartmadı”.
Fanat.Az