Aprelin 13-dən "Anderlext” koronavirus pandemiyasına üzündən dayandırdığı məşqləri bərpa edəcək.
Fanat.Az xəbər verir ki, komandanın kapitanı Vensan Kompani "Tuttomercatoweb” saytına belə deyib: "Hamı məşqlərin başlamasına razıdı”.
"Anderlext”in mətbuat katibi Davis Ştegen isə özlərini yaxşı hiss etməyən futbolçular evdə qalaraq məşqə qoşulmamasına icazə veriləcəyini bildirib: "Məşqdə iştirak edən bütün oyunçular və məşqçilər məlum məsafəni qorumalıdırlar. Əsas diqqət fiziki hazırlığa yönəldiləcək. Topla əsasən qapıçılar çalışacaq”.
Daha öncə Belçika təmsilçilərindən "Genk”in də məşqlərə başlamaq qərarı verdiyini xatırladaq.
Fanat.Az