"Qalatasaray"ın və Kamerun milli komandasının sabiq futbolçusu Riqobert Sonq karantinə alınıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı veteran futbolçu martın 30-da Fransadan qayıdıb və Yaundedəki otellərdən birində təcrid olunub.
Sonqun COVID-19 viruslu şəxslərlə təmasda olması şübhəsi ilə belə bir addım atılıb. 14 günlük karantin müddətində koronavirus testi müsbət çıxmasa, o, gələn həftə ailəsinə qovuşacaq.
Qeyd edək ki, Sonq karyerası ərzində Fransanın "Mets", "Lans", İtaliyanın "Salernitana", İngiltərənən "Liverpul", "Vest Hem", Türkiyənin "Qalatasaray" və "Trabzonspor" klublarında çıxış edib. O, karyerasını başa vurduqdan sonra Kamerunun əsas və U-23 yığmalarında baş məşqçi kimi çalışıb.
Fanat.az