"Real" Erlinq Holann və Kilian Mbappeni heyətinə qatmaq istəyir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" mövsümlərarası fasilədə Holannın keçidini həll etmək niyyətindədi. Mbappenin transferi isə 2021-ci ilin yayına planlaşdırılıb.
Mbappenin müqaviləsi 2021-2022 mövsümünün sonuna kimi nəzərdə tutulub. "Real" sözləşmənin bitmə tarixinə bir il qalmış PSJ-nin fransız futbolçunun satışına icazə verəcəyini düşünür.
Madrid klubu heyətini mərkəz hücumçu ilə gücləndirməkdə qərarlıdı. Luka Yoviçin gözləntiləri doğrultmadığı bildirilir.
Fanat.Az