"Barselona"nın keçmiş vitse-prezidenti Emili Ruso bu səfər "ESPN Deportes"ə açıqlama verib.
Fanat.Az xəbər verir ki, Ruso Messinin "Barsa"dakı gələcəyindən və Neymarın mümkün qayıdışından danışıb:
"Düşünürəm ki, klubla razılıq əldə olunacaq və Messinin müqaviləsi uzadılacaq. Bunun üçün hər iki tərəf müəyyən güzəştlərə getməlidi, amma bu gözəl hekayə davam etməsə, mən çox təəccüblənərəm.
Neymara gəlincə, düşünürəm ki, yayda komandaya qayıtmaq ehtimalı yüksəkdi. Məncə, bu keçidin reallaşması elə də imkansız deyil".
Qeyd edək ki, aprelin 9-da Ruso da daxil olmaqla, "Barselona" idarə heyətinin 6 üzvü istefa vermişdi.
Fanat.Az