Canluici Buffon "Yuventus"la müqaviləni bir il uzatmaq barədə razılığa gəlib.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, əvvəlki sözləşmənin şərtləri dəyişməz olaraq qalacaq. Prezident Andrea Anyelli Buffonun daha bir il müddətinə klubda qalmasına razılıq verib.
Müqavilənin rəsmən imzalanmasına koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyət mane olur.
42 yaşlı qolkiper cari mövsümdə 11 dəfə "Yuventus"un qapısını qoruyub.
Fanat.Az