"Ayaks"ın qolkiperi Andre Onana yayda komandanı tərk edə bilər.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "Ayaks" Onannı 40-45 milyon avro qarşılığında satmağa hazırdı. "Barselona", "Çelsi" və PSJ-nin kamerunlu qapıçı uğrunda mübarizə apardığı bildirilir.
Onananın "Ayaks"la olan müqaviləsi 2 il sonra başa çatacaq. 24 yaşlı qolkiper cari mövsümdə Hollandiya Erediviziyasında 24 matçda meydana çıxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.
Fanat.Az