PSJ-nin hücumçusu Neymar hələ də "Barselona"ya qayıtmaq niyyətindədi.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Neymar "Barselona"da oynamaq üçün əmək haqqının əhəmiyyətli dərəcədə azalmasına hazırdı.
28 yaşlı futbolçunun hazırda ilinə 52 milyon avro qazandığı bildirilir. Bu məbləğə onun PSJ-dəki maaşı, o cümlədən Qətər bankının səfiri vəzifəsinə görə aldığı ödənişlər daxildi. "Barselona"ya keçəcəyi təqdirdə Neymarın bankla əməkdaşlığı dayandırılacaq. Belə olan halda, o, təxminən 30 milyon avrodan məhrum olacaq.
Braziliyalı oyunçu 2017-ci ilin avqustunda 222 milyon avro qarşılığında "Barsa"nı PSJ-yə dəyişmişdi.
Fanat.Az