"Roma"nın vingeri Cengiz Ünder yay "transfer pəncərəsi"ndə "Everton"a keçə bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, tərəflər arasında, demək olar ki, transferin bütün detalları razılaşdırılıb. Keçid "Everton"a 40 milyon avrodan aşağı qiymətə başa gələ bilər. "Mersisaydlılar"ın türk oyunçu qarşılığında ödəniş etməklə yanaşı, Moyze Kini "Roma"ya verəcəyi gözlənilir.
Ünder cari mövsümdə "Roma" forması ilə 20 matçda meydana çıxıb və 3 dəfə fərqlənib. Daha əvvəl onun adı "Sevilya" ilə birlikdə hallanırdı.
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında iki türk futbolçu çıxış edir: Cenk Tosun ("Everton") və Çağlar Söyüncü ("Lester").
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol