"Barselona" "Breşiya"nın yarımmüdafiəçisi Sandro Tonalinin xidmətində maraqlıdı.
Fanat.Az "Corriere delle Sera"ya istinadən xəbər verir ki, "Barselona" yaxın günlərdə "Breşiya" ilə danışıqlara başlamaq niyyətindədi. "Katalonlar" 19 yaşlı futbolçu qarşılığında 60 milyon avro və gənclərdən ibarət komandanın iki oyunçusunu təklif etməyə hazırdı.
Tonalinin "Breşiya" ilə olan müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, cari mövsümdə 24 matçda meydana çıxıb və 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Andrea Pirloya bənzərliyi səbəbindən Tonalini "yeni Pirlo" adlandırırlar.
Fanat.Az