İngiltərənin mədəniyyət naziri Oliver Dauden Premyer Liqa rəhbərliyinin mövsümün qalan matçlarının pulsuz nümayiş etdirilməsinin mümkünlüyü ilə bağlı televiziya kanalları ilə danışıqlar apardığını bildirib.
Dauden açıqlamasında qeyd edib: "Düşünürəm ki, futbol bağlı tribunalar arxasında oynanılsa və geniş ictimaiyyət oyunları televiziya vasitəsilə də izləyə bilməsə, bu heç də yaxşı çıxış yolu olmaz. Hazırda məsələ ilə bağlı danışıqlar gedir. Digər tərəfdən, başa düşürəm ki, digər şeylərlə yanaşı, idman teleyayımdan gələn gəlirlərdən də birbaşa asılıdı".
Onun sözlərinə görə, İPL-in yayım hüququna sahib "Sky Sports" və "BT Sport" telekanalları oyunları pulsuz göstərmək imkanını nəzərdən keçirirlər.
Fanat.Az