"Verona”nın koronavirusa yoluxan futbolçusu Mattia Cakkanyi sağalıb.
Fanat.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin son koronavirus testinin cavabının mənfi çıxdığı bildirilib.
Qeyd edək ki, italiyalı futbolçunun mart ayının sonlarında pandemiyaya yoluxduğu məlum olmuşdu. O, bu mövsüm A Seriyasında 23 oyuna 1 qol vurub, 8 qol ötürməsi edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol