Fransa Peşəkar Futbol Liqası (LFP) koronavirus üçün 50 min test alacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı Fransa mətbuatı yayıb.
LFP davamlı olaraq Liqa 1 və Liqa 2-nin futbolçularını, məşqçilərini və klublarda çalışan digər şəxsləri yoxlayacaq. Test nəticəsi müsbət çıxanlar evdə və ya oteldə karantinə alınacaq.
Qeyd edək ki, Fransa klubları mayın 11-dən məşqləri bərpa etmək istəyir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol