"Barselona" və "Yuventus" arasında "barter" baş tuta bilər.
Fanat.Az RAC1 radiosuna istinadən xəbər verir ki, "Barselona" Arturo Ramosu "Yuventus"a göndərməyə hazırlaşır. Əvəzində katalon klubu Miralem Pyaniçi heyətinə qatmağı planlaşdırır. Artıq tərəflər arasında danışıqların getdiyi bildirilir.
Turin klubu Pyaniçlə yolları ayırmağa hazırdı. Bosniyalı futbolçunun baş məşqçi Mauritsio Sarri ilə münasibətləri qaydasında deyil.
Cari mövsümdə A Seriyasında 22 matçda meydana çıxan Pyaniç 3 qol və 4 məhsuldar ötürmənin müəllifidi. La Liqada 16 oyunda "Barsa" formasını tərlədən Arturun aktivində isə 3 qol, 3 asist var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol