"Çelsi"nin sabiq müdafiəçisi Con Terri "The Sun"a müsahibəsində Joze Mourinyu və "Liverpul"un keçmiş məşqçisi Rafael Benites arasındakı rəqabətdən danışıb.
Fanat.Az xəbər verir ki, Terri Mourinyunun "Liverpul"un adını çəkmədiyini, komandanı "bunlar" adlandırdığını bildirib:
"Mourinyunun "Liverpul"la oyundan əvvəlki iclasını yaxşı xatırlayıram. İlk dəfə çempion olduğumuz il idi, "mersisaydlılar"la aramızda 20-30 xal fərq var idi.
Joze oyundan əvvəl demişdi: "Biz bunlara uduza bilmərik". "Liverpul"un adını belə çəkmirdi, onları "bunlar" adlandırırdı. Həmişə belə danışırdı: "Bunlara uduza bilmərik, biz bunlardan daha yaxşı komandayıq". Mourinyu və Benites arasındakı rəqabət çox ciddi idi".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol